“Lider” TV-nin keçmiş əməkdaşının öldürülərək doğranması ilə bağlı YENİ FAKTLAR
Yusif Nəzərli
10:41 11.01.2022
Gündəm
775
Bakıda “Lider” televiziyasının keçmiş əməkdaşı, 1991-ci il təvəllüdlü Həsənova Nahidə Sadəddin qızının həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, yanvarın 4-də saat 15 radələrində Xətai rayonu General Şıxlınski küçəsində yerləşən binadakı mənzildə N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Alıyev Orxan Mehdi oğlu narkotik vasitə aludəçisidir.
Heç bir yerdə işləməyən Orxan Alıyev valideyninin pensiya pulu ilə güzəranını təmin edirmiş. Hadisə vaxtı onun narkotik vasitənin təsiri altında olması istisna edilmir.
İlkin ifadəsində o, həm də xalası qızı olan həyat yoldaşını qısqanclıq və digər səbəblərdən qətlə yetirdiyini iddia edib. O.Alıyev Nahidə ilə daha əvvəl də münaqişə yaşadığını əlavə edib. Məlum olub ki, hadisə vaxtı ailənin yeganə azyaşlı övladı evdə olmayıb və nənəsinin yanında imiş. Nahidə ilə evdə mübahisə edən Orxan daha sonra onu xüsusi qəddarlıqla qətlə yetirib.
Qeyd edək ki, O.Alıyevin xanımını öldürüb onun bədən üzvlərini hamamda kəsdikdən sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb. Videoda hamam otağında yerləşən vannada uzanıqlı halda qalmış üzərində başı və qolu olmayan cəsəd görüntülənib.
Hadisəni törədən Orxan Alıyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm