Macarıstanda turistləri daşıyan avtobus aşdı - 12 ölü, 10 yaralı

Macarıstanın şərqində polşalı turistləri daşıyan avtobus aşıb.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Peter Magyar özünün X səhifəsində yazıb.

“M3 avtomobil yolunda polşalı turistləri daşıyan avtobusun yoldan çıxaraq xəndəyə düşməsi nəticəsində 12 nəfər həlak olub, ən az 10 nəfər ağır yaralanıb”, - o qeyd edib.

Polisin məlumatına görə, avtobusda 57 sərnişin və iki sürücü olub.

Qəzaya səbəb sürücünün sükan arxasında yuxuya getməsidir.