Meksika diplomatları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub

Meksika diplomatları İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bu saatlarda 7 Meksika diplomatının ailə üzvləri ilə birgə Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi təmin olunub.

Bundan əlavə, bu gün Çin və Azərbaycan vətəndaşlarının da təxliyəsi baş tutub.