MHP lideri: PKK qeyd-şərtsiz tərksilah olmalı və silahları təhvil verməlidir

“PKK terror təşkilatı qeyd-şərtsiz tərksilah olmalı və silahlarını təhvil verməlidir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“PKK/KCK terror təşkilatının və bununla əlaqəli hər cür qurumun mövcudluğuna son qoyması və bütün növ silah-sursatı təhvil verməsi ilkin şərtdir. Bundan sonrakı mərhələdə digər addımların da atılması, ehtiyac duyulan hüquqi və inzibati tənzimləmələrin həyata keçirilməsi çox vacibdir”, - MHP lideri qeyd edib.