Minalarla bağlı İşçi qrupun Kəlbəcərdə iclası keçirilib
Minalarla bağlı İşçi qrupun Kəlbəcərdə iclası keçirilib
Yusif Nəzərli
09:43 01.09.2023
Gündəm
361
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası Kəlbəcər rayonunda keçirilib.
Bu barədə APA-ya Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Tədbirdə ANAMA İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən illik tədbirlər planına uyğun həyata keçirilən işlərin gedişatı barədə məlumat verib. Habelə, mina təhlükəsi ilə mübarizə fəaliyyətində qurumların birgə təmizləmə layihələrinin icrasının, Agentlik tərəfindən aparılan monitorinq və keyfiyyətə nəzarət yoxlamalarının keçirilməsinin vacibliyini vurğulayıb.
İşçi Qrupda təmsil olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi MN-nin humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan istehkamçıları tərəfindən 2023-cü il ərzində Kəlbəcər rayonu ərazisində yaşayış infrastrukturu, energetika və ekoloji layihələr olmaqla 4719 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini bildirib.
İclasda, işğaldan azad edilmiş ərazilərdə hökumət tərəfindən müəyyən edilmiş müvafiq layihələrin icrası məqsədilə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub, eləcə də əməliyyatlara cəlb olunmuş texnika və avadanlıqlar barədə məlumat verilib.
Eyni zamanda, mina təhlükəsi ilə mübarizə fəaliyyətində informasiya dəstəyinə qurumlararası müştərək layihələrin icrasının vacibliyi vurğulanıb və bu sahədə birgə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kəlbəcər rayonuna səfər çərçivəsində İşçi qrup üzvləri Müdafiə Nazirliyi tərəfindən icra edilən “Yanşaq yaşayış məntəqəsi” təmizləmə layihəsi, bitmiş layihə olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olub, layihələr barədə məlumatlandırılıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət