
Müharibənin taleyi Baydenlə Qərbin qərarına bağlı olacaq - ŞƏRH
Yusif Nəzərli
13:16 31.08.2023
Gündəm
571
Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski cəbhənin ən çətin istiqamətini açıqlayıb. Bu barədə teleqramda yazıb.
A.Sırskinin sözlərinə görə, şərq cəbhəsində durum ağır olaraq qalır: “Baxmut və Liman- Kupyansk istiqamətlərində rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır. Ən ciddi döyüşlər Rayqorodok və Kovalevka yaşayış məntəqələrində gedir. Düşmən itkilərə baxmayaraq, müdafiəni yarmağa çalışır”.
Məsələni "Sherg.az"a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Müharibənin kimin xeyrinə bitməsini indidən proqnoz etmək çox çətindir:
"Heç bir tərəf geri addım atmaq istəmir. Ukraynanın bir il öncəki düşüncəsi müharibəni saxlamaq idi. Amma bu indi Ukraynanı qane etmir. Hətta Krımı geri almaq istəyir. Zelenski hakimiyyətinə göndərilən kollektiv Qərb və Amerikanın yardımları birbaşa müharibənin davam etməsini təmin edir.

Ola bilsin Baxmut və Liman istiqamətində Ukrayna qüvvələri mühasirədən çıxmağa çalışır. Amma buna nail ola bilmirlər. Digər tərəfdən Almaniyanın "Bild" jurnalının verdiyi xəbərdə "Surovikin xəttinin" yarıldığını və rəsmi Kiyevin əks hücüma keçərək keçmiş torpaqlarının geri qaytarılması ilə bağlı məlumatlar var. Müharibə sırasında hər tərəf özünə uyğun propaqanda yayımlayaraq informasiya savaşı aparmağa çalışırlar. Bununla qarşı tərəfin gücsüzlüyünü vurğulayırlar. Kollektiv Qərb və Amerika Ukraynaya yardım göndərdiyi müddət ərzində müharibənin davam etməsini tələb edəcək. Müharibənin saxlanılması Bayden və Qərbin aldığı qərara bağlı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət