Naxçıvan Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib
15:30 03.08.2024
Gündəm
422
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Qərarı ilə “Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"un yerli bürosuna məlumat verilib.
Nizamnamədə Naxçıvan Təlim Mərkəzinin muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərdiyi müəyyən edilmiş, həmçinin Mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, idarə olunması forması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, ləğvi və yenidən təşkili qaydası öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Sərəncamı ilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Şuranın sədri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri isə Şuranın üzvləri müəyyən edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Orqanik Naxçıvan” publik hüquqi şəxsin yaradılması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Orqanik Naxçıvan” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi barədə Qərar qəbul edilib.
“Orqanik Naxçıvan” publik hüquqi şəxs muxtar respublikada orqanik istehsal sektorunun inkişaf etdirilməsi və orqanik məhsulların istehsalının tənzimlənməsi məqsədilə yaradılıb.
“Orqanik Naxçıvan” publik hüquqi şəxs tərəfindən aparılan işlərin səmərəliliyinin artırılması və görülən işlərə nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən müşahidə şurası yaradılıb, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini müşahidə şurasının sədri, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri və Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini müşahidə şurasının üzvləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media