Naxçıvanda yaşayış binasında baş vermiş yanğının səbəbi AÇIQLANDI - YENİLƏNİB + VİDEO

Naxçıvanda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
“Qısaqapanmadan alışma baş verib. Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır. Təhlükəsizliklə bağlı polis və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görülür”, - deyə o bildirib.
17:07
Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, hazırda binada soyutma işləri aparılır.
16:24
Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binası yanır.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 
Yanğın şəhərin 3-cü mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.