Nazir: Ermənistan sülh sazişi ilə bağlı göndərdiyimiz şərhləri 30-60 gün özündə saxlayır
15:18 24.08.2023
Gündəm
357
Sülh sazişi ətrafında danışıqlar bir prosesdir və proses müxtəlif mərhələlərdən ibarətdir.
Bunu APA-nın Ermənistanın baş naziri Nikol Paşinyanın bügünkü bəyanatı ilə bağlı sualına cavab olaraq, xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
“Proses əsnasında fiziki görüşlər olur, bəzi hallarda həmin görüşlər bir neçə gün davam edir və şərtlər mübadilə edilir. Bir maraqlı tendensiyanı qeyd edim ki, bir qayda olaraq, Ermənistan tərəfi Azərbaycan tərəfindən göndərilən şərhləri 30-60 gün arasında özündə saxlayır. Bu, çoxdur, ya azdır, şərh etməyəcəyəm. Bu müddət ərzində Azərbaycan tərəfi bunu prosesin tərkib hissəsi kimi qəbul edir. Çünki bizə nəticə daha vacibdir. Lakin Ermənistan tərəfi şərhlərini göndərəndən bir neçə gün sonra mətbuata çıxaraq “Biz Azərbaycana şərhlərimizi göndərdik” başlığı ilə anonslar verir.
Bu gün Ermənistan tərəfi və Baş naziri, hesab edirəm ki, yeni rekorda imza atıb. Belə ki, onlar şərhləri bizə göndərdikdən 40 dəqiqə sonra artıq mətbuata bəyanatla çıxış ediblər. Mənə görə, bütün bunlar tərəflərdən hansının prosesin həllinə nə dərəcədə maraqlı olduğunu və hansı tərəfin, sözün əsl mənasında, başlıqlara, siyasi bəyanatlara meyilli olduğunu əyani olaraq nümayiş etdirir”, - nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat