Netanyahu Qəzzada generallarla təcili toplantı keçirdi, qərarını bəyan etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına gözlənilməz səfər edib.

Teleqraf xəbər verir ki, Baş nazirin ofisindən verilən məlumata görə, Netanyahu anklavda İsrail hərbçiləri ilə görüşüb və Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də daxil olmaqla bir neçə generalın iştirakı ilə operativ müşavirə keçirib.

Müşavirədə sərt bəyanatlarla çıxış edən Netanyahu bildirib: "Biz hazırda Qəzza zolağının 60%-nə tam nəzarət edirik və bu göstərici daha da artacaq. Dünən biz HƏMAS-ın daxili təhlükəsizlik rəhbərini ələ keçirmişik və ondan çox mühüm məlumatlar əldə edəcəyik".

İsrail qoşunlarının anklavın daxilindəki strateji "sarı xətt"dən geri çəkilmək niyyətində olmadığını vurğulayan Baş nazir Qəzzanın tamamilə demilitarizasiya olunacağını və bir daha İsrail üçün təhlükə yaratmayacağını əlavə edib.