Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edib
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edib
Yusif Nəzərli
08:27 23.08.2023
Gündəm
324
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə bu sənədi tənqid edib.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan Bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı mesajında bildirib ki, bugünkü erməni dövlətçiliyinin əsasını qoyan sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib.
Ermənistan hökumət başçısı bildirib ki, o, Bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də ondan sonra dəfələrlə təkrar oxuyub.
"Bu Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”, - Paşinyan bildirib.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları da bağlayıb.
Paşinyan hesab edir ki, “XX əsrin sonunda qəbul edilən bəyannamə ilə Ermənistan 20-ci əsrin əvvəllərində onun ölkəsinin müstəqilliyini itirməyə aparan düsturu bir daha qəbul edib.
Nikol Paşinyan deyib ki, bu sənədin dərin təhlilə ehtiyacı var, çünki bu, qəbul olunduqdan sonra bütün sonrakı nəticələri olan siyasi sənəddir.
"İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Biz sülhə nail olsaq, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında uçacaq”, - Paşinyan vurğulayıb.
Baş nazir deyib ki, o, müstəqilliyi, suverenliyi, demokratiyanı seçir.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya