Paşinyan Qarabağa görə SSRİ-ni ittiham etdi
05:53 23.08.2025
Gündəm
369
“Ermənistanın Müstəqillik Bəyannaməsinin bəzi müddəaları ziddiyyətlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib ki, bəyannamə qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi elitanın kollektiv əhval-ruhiyyəsini ifadə edib, (separatçı) “Qarabağ” hərəkatının möhürünü daşıyıb.
“Bəyannamənin əsas ideoloji müddəaları ziddiyyətlidir, 1950-ci illərdən Sovet İttifaqı tərəfindən tədricən, amma ardıcıl olaraq bizə aşılanan kollektiv vətənpərvərlik modelini ifadə edir. Sovet İttifaqının biz ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modeli İkinci Dünya müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini ifadə edirdi.
Digər tərəfdən, bu model Ermənistan SSR-də mövcud olan vətənpərvərlik hislərinin respublika ərazisindən kənara çıxarılmasını (işğalçı məqsədlər naminə - red.) təmin etmək məqsədi daşıyırdı. Bu ideologiya onilliklər ərzində kitablar, filmlər, tamaşalar vasitəsilə aşılanıb və “Qarabağ” hərəkatına (işğal və separatizmə – red.) gətirib çıxaran da məhz bizim sosial-psixologiyamızdır.
Biz hamımız həmin - SSRİ-nin formalaşdırdığı sosial-psixologiyanın 90-cı illərdə Ermənistan Respublikasında formalaşmış nəsillərə ötürülməsinin daşıyıcısı idik və həmin sosial-psixologiyanın dərin və şüuraltı məqsədi Ermənistanın ətrafında real kontekstdə müstəqil dövlətin mövcudluğunun strateji cəhətdən mümkünsüz etmək idi.
Baş nazir kimi əlimdə olan məlumatlar və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir qənaətə çatdırdı ki, biz “Qarabağ” hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”.
Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsi davam etsəydi, Ermənistan müstəqilliyi və dövlətçiliyini itirəcəkdi:
“Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və bu müstəqilliyi reallığa çevirmək üçün strategiya qəbul etmişik və bu strategiyanın ifadəsi Real Ermənistanın ideologiyasıdır ki, bununla Ermənistanla Azərbaycan arasında sülh, Türkiyə ilə real dialoq mümkün oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya