Paşinyan: Qəti qənaətə gəlmişəm ki, Qarabağ hərəkatını davam etdirməməliyik
10:06 23.08.2025
Gündəm
384
“Baş nazir kimi bütün informasiyaları və reallığı hərtərəfli təhlil etdikdən sonra qəti qənaətə gəlmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin məhvi demək olardı”.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın müstəqilliyi haqqında Bəyannamənin qəbul olunmasının 35-ci ildönümü ilə bağlı xalqa müraciətində deyib.
Paşinyan Ermənistanın müstəqilliyinin saxlanması və reallaşdırılması strategiyası seçdiklərini vurğulayıb: “Bu strategiya “Real Ermənistan”dır. Bu strategiya artıq ideologiyaya çevrilib. Məhz həmin ideologiya çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanma, Türkiyə ilə həqiqi dialoq mümkün olub, Gürcüstan və İran İslam Respublikası ilə əlaqələrimiz dərinləşməlidir. Bu şəraitdə biz dünya üçün real və maraqlı tərəfdaşa çevrilirik”.
Baş nazir bildirib ki, beynəlxalq səviyyədə tanınmış 29743 kv/km ərazisi olan Ermənistan Respublikası beş əsrdən artıqdır ki, sahib olmadıqları ən mühüm dəyərdir.
“Biz dövlətimizin maraqlarını rəhbər tutmalıyıq. Dövlət və onun maraqları bizim vətənpərvərliyimizin əsası və özəyi olmalıdır”, - deyə o qeyd edib.
Paşinyan deyib ki, Ermənistan cəhənnəm sınaqlarından keçərək, inanılmaz görünən bir mərhələyə çatıb: “Bu gün Ermənistan Respublikası həmişəkindən daha müstəqildir, daha suverendir, həmişəkindən daha çox dövlət kimidir, həmişəkindən daha çox çiçəklənir, həmişəkindən daha perspektivlidir, çünki o, sülhsevərdir. Sülh bərqərar olub və o sülh institutlaşdırılmalıdır”.
Baş nazir 2025-ci ilin avqustunun Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıcı olduğunu da əlavə edib.
Qeyd edək ki, Ermənistan SSR Ali Soveti Ermənistanın müstəqilliyi haqqında Bəyannaməni 23 avqust 1990-cı ildə qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya