Prezident Yaşar Güləri qəbul edib
Yusif Nəzərli
08:53 27.08.2023
Gündəm
404
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
"Report" xəbər verir ki, dövlətimizin başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirdi və ona vəzifəsinin icrasında uğurlar arzuladı.
Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğuladı, bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Gülər özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərdən böyük məmnunluq və şərəf hissi duyduqlarını bildirərək, ilk növbədə Türkiyə Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad etdi, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını dedi.
Yaşar Gülər qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirdi və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat