Prezidentin Zəngəzur xəbərdarlığı! - “Rəsmi Bakı Zəngəzur iddiasından əl çəkməyəcək”
Yusif Nəzərli
15:32 07.12.2021
Gündəm
624
Dekabrın 6-da Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Quba rayonuna səfər ediblər. Səfər zamanı prezident rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə çıxış edib və bir sıra məqamlara toxunub.
O,ikinci Qarabağ müharibəsinin bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdiyini və bu zəfəri bütün Azərbaycan xalqının birgə əldə etiyini vurğulayıb.
Ölkə başçısı eyni zamanda Zəngəzur dəhlizi məsələsinə diqqət çəkərək bildirib ki, bizə dəhlizin nə vaxt açılacağı barədə dəqiq tarix versinlər. Dövlət baçısı Zəngəzur dəhlizi ilə bağlı səsləndiridiyi bu fikirlə bir növ rəsmi İrəvana xəbardarlıq etmiş oldu. Xatırladaq ki, bu sayaq xəbərdarlıq Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarını boşaltması ilə bağlı da edilmişdi. Bundan sonrakı hadisələr isə hər kəsə məlumdur. Maraqlıdır, situasiya eyni olduğu halda prosesdəki gedişlər də eyni ola bilərmi?
Mövzunu “Sherg.az”a şərh edən «Yeni Müsavat» Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu bildirib ki, Prezident İlham Əliyevin dediyini edən bir lider olmasını bütün dünya ictimaiyyəti bilir və belə xəbərdarlıqlar boşuna edilmir:
“Bu Azərbaycan və dünya dövlətləri üçün proseslərin hazırda hansı mərhələdə olması barədə verilən informasiyadır. O deməkdir ki, rəsmi Bakı Zəngəzur iddiasından əl çəkməyib və heç bir halda əl çəkməyəcək”.
R.Arifoğlu Brüssel görüşü öncəsi Ermənistan tərəfin prezidentin bu xəbərdarlığını diqqətə almalı olduğunu vurğulayıb və bu məqamda ikinci Qarabağ savaşını xatıraladıb:
“Ölkə başçısı ikinci Qarabağ müharibəsi dönəmidə rəsmi İrəvandan savaşı dayandırmaq üçün işğal edilmiş ərazilərimizdən dəqiq çıxma tarixi tələb etmişdi. Onlar buna məhəl qoymadılar. Nəticədə Ermənistan hazırkı bərbad duruma düşdü. Bu xəbərdarlıq da eyni mahiyyət kəsb edir”.
Baş yazar prezidentin bu çıxışının təkcə Qubada onun qarşısında duran auditoriya üçün deyil, dünya auditoriyası, eləcə də Brüssel görüşünü təşkil edən Avropa İttifaqı üçün olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət