Qafqazın ən “Böyük Yalan”ı
Yusif Nəzərli
18:46 06.08.2024
Gündəm
592
Miladdan öncə... Səhralıq ərazidən aclıq və səfalətin hökm etdiyi məkandan başlayan “Böyük Yalan”ın son dayanacağı nədən Qafqaz, məhz Azərbaycan oldu? Dövrünün “İŞİD”-i olaraq həmin məkanda yaradılan kaloniya sisteminə əsaslanan icma, sonradan isə məkana və zamana görə xalq kimi təqdim olunan sektanın rəhbərləri hesab edir ki, dünyanı idarə etməyin tək yolu yalandan keçir. Olduqca maraqlı məlumatların bədii vasitələrlə geniş təqdim olunduğu, real tarixi məlumatlar əsasında əməkdar jurnalist Natiq Abdullayevin qələmə aldığı kitab məhz bu səbəbdən “Böyük Yalan” adlanır.
Bədii-sənədli “film” - roman kimi oxuculara təqdim olunan kitabda hadisələr Azərbaycan tarixinin 1670-1830-cu illər dövrünü əhatə edir.
Hadisələr Zəngəzurda bir alban əyan qızının başına gələnlərdən istiqamətlənərək Osmanlı şahzadəsi sandığı gəncə vurğunluğundan başlayır. Sevgidən qaynaqlanan nifrətin, nifrətdən doğan yanlışlıqlığın, nəticədə şəxsi faciədən çıxıb böyük bir ərazidə yaşayan insanların “gününü necə qara etməsi” bir neçə əsrdir ki davam edən iddiaların “köksüz budağı” kimi mühakimə edilir. Alban əyan qızının ailəsində gizli sektanın təsiri ilə böyüyən “psixi travmalı” gəncin Avropadan keçərək Səfəvilər dövlətində, nəhayət Rusiyada müəmma ilə sonlanan həyat hekayəsi isə tarixdən qaynaqlanır.
Kitabda qeyri-adi və olduqca qiymətli “Nur dəryası” adlı brilyant daşın kimdən oğurlanaraq, hansı məqsədlə Rusiya imperatriçasına kim tərəfindən verilməsi tarixi faktı maraqlı yöntəmdən oxucuya çatdırılır.
Qarabağın yerli alban və oğuz türk əhalisinə “qan udduran” erməni general Valeriyan Mədətovun əslində kim olmasına, onu kimlərin himayə edib sonradan “ortalıqada” hansı səbəbdən buraxması ilə uzun illər “zavallı rus ziyalısı” kimi təqdim olunan Aleksandr Qriboyedovun öldürülməsi motivinə və əlaqəsinə ilk dəfə olaraq məntiqi baxış var.
Əfşarlar imperiyasının qurucusu Nadir Şah Əfşarın əsirlik həyatı, başına gələn hadisələr, onun Azərbaycanda xəzinə gizlətməsinə dair versiyalar, rus kəşfiyyatçıların Bakıda və Qarabağda fəaliyyəti, onlara kimlərin yardım etməsi, hakimiyyət iddiasından əl çəkə bilməyən sektanın Rusiyada müasir izləri və nəhayət indiki Ermənistanda yaşayan toplumun nədən öz ambisiyalarındn geri çəkilə bilməməsinin anatomiyası kitabda bəhs edilən dövrün hadisələri ilə maraqlı baxış bucağından təqdim olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial