Qarabağda turizmin inkişafına şərait və imkan genişdir
Yusif Nəzərli
02:20 08.12.2021
Gündəm
636
"Amma prosesin 3-4 ilə yekunlaşacağını və turistlərin qəbul ediləcəyini söyləmək çox optimist yanaşmadır"
Qarabağda turizmin inkişaf etdirilməsi üçün xüsusi layihələr hazırlanır. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, Qarabağ və Zəngəzur destinasiyası ilə bağlı həm strategiya, həm də konsepsiya var. Qurum rəsmisinin sözlərinə görə, strategiya və konsepsiyada əsas yanaşma turizm marşrutı və məhsullarının yaradılmasıdır: “Kəlbəcərdə turizmin inkişafına dair ayrılıqda konsepsiya var, amma Kəlbəcəri digər klastrlarla əlaqələndirən üslublar da mövcuddur. Şuşanın öz üslubu var.
Məsələn, Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Şuşada festivalların keçirilməsi, Ağdamda “dark” - yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Suqovuşanla bağlı planlar hazırdır. Ümumilikdə bölgə üçün planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir”.
Qarabağın turizm potensialı və hazırlanan layihələrlə bağlı “Şərq”ə danışan iqtisadçı Natiq Cəfərli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Ekspertin sözlərinə görə, söhbət təbiət və qış turizmindən, o cümlədən qədim tarixi abidələrin ziyarətinə hesablanmış turizmdən gedir:
“Bunların hamısını həyata keçirmək üçün Qarabağda şərait və imkan var. Amma prosesin 3-4 ilə yekunlaşacağını və turistlərin qəbul ediləcəyini söyləmək çox optimist yanaşmadır. Çünki ilkin olaraq infrastrukturun yaradılması ilə paralel təhlükəsizlik tədbirlərinin görülməsi də vacibdir. Minalardan təmizlənmə, sərhədlərin dəqiqləşdirilməsi və başqa problemlər öz həllini tapmalıdır. Nəzərə alaq ki, işğaldan azad edilmiş rayonlarımızın çoxu Ermənistanla sərhəddir. Əvvəlcə təhlükəsizlik tam təmin olunmalıdır ki, sonrakı işlərə başlanılsın. Əslində bütün işləri dövlət büdcəsi hesabına görmək həm mümkünsüz, həm də doğru deyil. Əgər dövlət qurumları turizm sahəsində, tikinti sektorunda və işlətmədə yenə də aparıcı rol oynamağa, önə çıxmağa çalışacaqsa, bunun effekti olmayacaq. Şahdağ Turizm Kompleksinə çox böyük vəsaitlər xərcləndiyi halda kompleks bugünədək ziyanla işləyən obyektlərdən biridir. Təhlükəsizliyin təminatından sonra turizm sahəsində kifayət qədər münbit şərait yaradılmalıdır ki, xarici və daxili özəl investisiyaları cəlb etmək mümkün olsun. O zaman Qarabağda turizm gözlənilən effekti verər və daha yaxşı nailiyyətlər əldə edilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət