Qərb demarkasiya və delimitasiya prosesinə əngəl olmağa çalışacaq- ŞƏRH
12:29 12.07.2024
Gündəm
496
"Əgər Ermənistan Azərbaycan kimi suveren dövlət olsa idi, sülh sazişi çoxdan imzalanardı”
İyulun 1-də təsdiq edilməli olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb.
Məsələ ilə bağlı erməni mediası öz mənbələrinə istinadla danışıqların hələ “konstruktiv məcraya” daxil olmadığını yazıb.
Bildirilir ki, Ermənistan bütün sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlıdır, Azərbaycan isə bu prinsiplə razı deyil.
İddialara görə, Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir, çünki həmin istiqamətdə Azərbaycan Ordusunun irəlilədiyini iddia edir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Bu proses daxilində isə Kərki kəndini geri tələb edir.
Mövzunu “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov söyləyib ki, proseslərin planlı və intensiv xarakter almasına başlar-başlamaz Ermənistanın öz istəyi ilə hərəkət edə bilmədiyini gördük:
“Yəni Ermənistanın davranışlarına kənar müdaxilələr çoxdur. Amerika Birləşmiş Ştatları, Fransa, Avropa İttifaqı, diaspor təşkilatları və kilsə Ermənistanı bütün işgüzar vəziyyətdən uzaqlaşdırırlar. Burada məqsəd Azərbaycanla danışıqların ikitərəfli formatda baş tutmamasına hesablanıb. Ermənistana ABŞ-dən daima yüksək rütbəli, hərbi kontingenti təmsil edən məmurlar gəlir. Eyni zamanda, USAİD-in rəhbəri Samanta Pauer Ermənistanda səfərdə oldu. Digər tərəfdən İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. ABŞ Dövlət katibi Antoni Blinkenin NATO-nun 75 illik sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda sülh sazişinin imzalanmasında israrlıyıq fikirləri gəlişi gözəl sözlərdir. Onların dəbdəbəsinə aldanmaq olmaz. Kənar qüvvələr Ermənistanı öz təsirləri altında saxlamaqla onun suverenliyini məhdudlaşdırmaq və dəhlizlərin fəaliyyətini nəzarətlərinə götürmək istəyirlər. Rusiya Federasiyası bölgəyə kənar təsirləri gətirməməklə bağlı Ermənistana xəbərdarlıq etdi. Ermənistan faktiki olaraq həm Rusiya ilə münasibətlərini qırmır, həm də Qərblə münasibətlərini inkişaf etdirir”.
Ekspert qeyd edib ki, Ermənistanın ən böyük gunahı hər şeyi başa düşdükləri halda heç nəyi köklü şəkildə həll etməmələridir:
“Azərbaycanda isə rəsmi dairələr və Prezident İlham Əliyev hər şeyi gözəl anlayır. Məsələn, Amerikanın sülhü tezliklə reallaşdırmaq istəməsinin səbəbi Vaşinqton platformasının özünü yenidən bərpa etdiyini göstərməkdir. Demilitasiya və demarkasiya prosesində ləngimələrin də səbəbi məhz Qərbdir. Çünki vasitəçilər olmadan ikitərəfli danışıqlar fonunda məsələnin həllinə çalışılması Qərbi qorxudur. İniki halda isə Ermənistan suveren ölkə olmadığını, Qərbdən asılı qaldığını nümayiş etdirir. Ona görə də Qərb demarkasiya və delimitasiya prosesinə əngəl olmağa çalışacaq. Əgər Ermənistan Azərbaycan kimi suveren dövlət olsa idi, sülh sazişi çoxdan imzalanardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət