"Qisas" əməliyyatında öldürülmüş erməni hərbçlərin meyiti Ermənistana verildi - VİDEO

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.
Bakupost.az xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onları yaxınları müşayiət edib. Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.
Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️❗️Qisas" əməliyyatında öldürülmüş erməni hərbçlərin meyiti Ermənistana verildi