Rəis Rəsulzadənin son durumu açıqlanıb

Əməkdar rəssam Rais Rəsulzadə sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

KTM-dən "Report"a verilən məlumata görə, o, lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb.

Hazırda R.Rəsulzadənin vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, R.Rəsulov Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.