
Rus ekspertlər gözümüzü qorxutmağa çalışırlar - ŞƏRH
15:23 17.01.2025
Gündəm
549
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir
Rusiyanın hakimiyyət dairələri ilə işləyən bəzi simasızların, medianın Azərbaycanın, xalqımızın ünvanına təhqir yağdırmasının şahidiyik. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın maraqlarına zidd fikir səsləndirən hər bir kəs barədə ölçü götürüldüyü halda, kimsə deyə bilməz ki, Azərbaycana qarşı bu həqarətlər hakimiyyət dairələrinin iradəsindən kənar səsləndirilir. Əgər belə olsaydı, yəqin ki, onları da susdurardılar. Ancaq bu, baş vermir.
Deməli, həmin şəxslər də nəzarətdədir, Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Bu prosesi idarə edən də əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir.
Gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülünc vəziyyətə qoyurlar.
Görünür, Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib. Hətta Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər.
Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı.
Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar.
Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır.
Söyüş, təhqir söz bitən yerdə başlayır və kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi.
Boş və mənasız versiyalar ortaya atmaq, fikri başqa səmtə yönəltməkdənsə elə pilotların danışıqlarında 2 oturacağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılardı. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pansır” havadan müdafiə sisteminin qəlpələrinə izahat veriləydi.
Azərbaycan etik məsələlərə dəyər verir, Azərbaycan mediası, ekspertləri, sosial media istifadəçiləri əndazəni aşmayıblar və təhqirə yol verməyiblər. Buna görə də Rusiyadan gələn iyrənc sovet propaqandası, ucuz şoular heç cür qəbul oluna bilməz.
Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir.

Siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, məsələ çox mürəkkəbdir. Onun sözlərinə görə, Rusiya tərəfindən səsləndirilən bu bəyanatlar imperiya siyasətinin tərkib hissəsidir:
“Vaxtaşırı olaraq biz Rusiya tərəfindən bu cür təhdid xarakterli açıqlamalar eşitmişik. İstər rəsmi şəxslərin, istər Duma üzvləri, istərsə də ekspertlər, media səviyyəsində Azərbaycana qarşı təhdidlər səsləndirilib. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya HHM tərəfindən vurulmasından sonra isə Rusiya Azərbaycan dövlətinin irəli sürdüyü tələbləri yerinə yetirib peşmançılığını ifadə etmək əvəzinə, Rusiya mediasına Azərbaycanı hədəf alan yazılar verilir. Heç bir fakta söykənmədən Azərbaycan tərəfi tənqid edilir, ittihamlara məruz qalır. Rusiyanın faktiki olaraq Cənubi Qafqazdakı dayaqları sarsılıb. Ermənistan artıq Qərbə yönəlik siyasət yeridir. Gürcüstanda isə siyasi gərginlik hökm sürür və cərəyan edən proseslər heç də Rusiyanın xeyrinə deyil.
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir. Ona görə də imperialist düşüncəli rus ekspertlər Azərbaycana qarşı çıxışlarla gözümüzü qorxutmağa çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya