Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri dəyişib

Rusiyanın Azərbaycanın Qarabağ regionundakı müvəqqəti sülhməramlı kontingentinin komandiri dəyişib.

APA Rusiya MN-ə istinadla xəbər verir ki, 2023-cü il sentyabrın 3-də Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı general-mayor Kulakov Kirill Denisoviçə həvalə edilib.