Savaşda ABŞ və Fransanı unudun: Yunan nazirdən Türkiyə etirafı
Yusif Nəzərli
15:23 25.02.2024
Gündəm
525
Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin son aylardakı xarici siyasət addımlarını şərh edib. Mümkün müharibə məsələsinə toxunan Dendias az qala “mən milli suverenliyimiz üçün çalışıram” demişdi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən iki böyük zəlzələdən əvvəl Türkiyə-Yunanıstan münasibətlərində gərginlik pik həddə idi. Fəlakətə ilk yardımı göndərən ölkələrdən biri də Yunanıstan olub. İş o yerə çatıb ki, baş nazir Mitsotakis türkcə tvit ataraq Türkiyənin yanında olduqlarını göstərib. Sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu və həmkarı Nikos Dendiasın yaxın təmasları ilə iki ölkə arasında buzlar sürətlə əridi. Bu müddət ərzində prezident Ərdoğan müxtəlif zirvələrdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə tez-tez görüşüb.
Yunanıstanın müdafiə naziri Nikos Dendias “Afinanın səsi” platformasına verdiyi açıqlamalarda mümkün Yunan-Türkiyə müharibəsi ilə bağlı qiymətləndirmələr edib. Türkiyənin sərt siyasətlərinin səviyyəsini aşağı saldığını, lakin bölgədəki planlarını dəyişmədiyini ifadə edən Dendias davam edib: "Çox narahatam, təxminən 100 milyon əhalisi olan bir ölkə yanımızda bizə qarşı planlar qurur. Mən milli suverenliyimizi qorumaq üçün çalışıram.
Egeydəki Türk Navteksləri hələ də davam edir. Türklər ikinci döyüş gəmisini tikirlər. Onu niyə tikirlər? Sadəcə Boğazda parad keçirmək, yoxsa Liviya ilə imzalanan müqavilədən sonra Şərqi Aralıq dənizində tam üstünlük yaratmaq? Mümkün bir müharibədə Fransa və ABŞ-dan gələn yardımı unudun".
İştirak etdiyi proqramda yerli layihələrə dəstək vermədiyi üçün tənqid edilən və Türkiyənin 5-ci nəsil KAAN döyüş təyyarəsinin ilk uçuşunun reallaşdığını xatırladan Dendias, "Hələ o səviyyədə deyilik. Qarşımızda problemlər var. Bunları həll edə bilsək, türklərin səviyyəsinə çatarıq”-deyə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya