Azərbaycanın dostu da parlamentə düşdü

Aviqdor Libermanın başçılıq etdiyi “İsrail Bizim Evimiz” partiyası Knessetdə 7-9 mandata sahib olacaq.

Axar.az xəbər verir ki, bu barədə səsvermə başa çatandan dərhal sonra açıqlanan ekzit-polların nəticələrində bildirilir.

Qeyd edək ki, Aviqdor Liberman müxalifətdədir və Ayzenkot Blokuna dəstək verir. Ayzenkot Bloku isə Netanyahu Blokunu üstələyir.