İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə

İsraildə bu gün keçirilən parlament seçkilərində yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə 12:00) olan məlumata görə, seçici fəallığı 16.68 faiz təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, bu, 1981-ci ildən bəri ən yüksək göstəricidir.

***

İsraildə yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 14:00) olan məlumata görə, seçici fəallığı 31.5 faiz təşkil edib.

Bildirilib ki, bu, 1973-cü ildən bəri ən yaxşı göstəricidir.

***

İsraildə yerli vaxtla saat 14:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, seçici fəallığı 44.9 faiz təşkil edib.

***

İsraildə yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata görə, seçici fəallığı 55.7 faiz təşkil edib.

***

İsraildə yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 22:00) olan məlumata görə, seçici fəallığı 74.3 faiz təşkil edib.

Seçki məntəqələri 22:00-da (Bakı vaxtı ilə 00:00) bağlanacaq.

Qeyd edək ki, seçkidə əsas rəqabət Netanyahu bloku və Ayzenkotun rəhbərlik etdiyi “Antinetanyahu koalisiyası” arasında gedir.