Səbinə Əliyeva: Avropa Şurasını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə dəvət edirik
07:56 29.08.2023
Gündəm
392
“Hesab edirik ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Laçın yolu ilə əlaqədar son bəyanatı Ermənistanın siyasi manipulyasiyası əsasında Azərbaycanın Xankəndi şəhərində humanitar vəziyyətlə bağlı formalaşmış yanlış iddialara dəstək prosesinin davamıdır”.
APA xəbər verir ki, bu barədə Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın cavabında deyilir.
“Biz Avropa Şurasının komissarından belə həssas məsələ ilə bağlı daha dərin araşdırma aparmaqla, vəziyyətin normallaşmasına xidmət edə biləcək, hazırda çox vacib əhəmiyyət daşıyan sülh prosesinə əhəmiyyətli töhfə verə biləcək daha qərəzsiz bəyanat gözləyirdik.
Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım məqsədilə bütün yüklərin daşınması üçün təklif edilməsinə baxmayaraq, Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır.
Biz Avropa Şurasının insan hüquqları üzrə komissarını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə, regiondakı mövcud vəziyyəti dərindən öyrənməyə, siyasi manipulyasiyalara xidmət edən və sülh quruculuğu prosesinə xələl gətirən maneələrlə mübarizə aparmağa, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini dəstəkləməyə dəvət edirik”, - Ombudsman vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət