Sinan Oğan da Bakıya gəldi  - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.
Bakupost.az xəbər verir ki, prezident seçkilərinin ikinci turunda Ərdoğana dəstəyini verən Sinan Oğan da Türkiyə liderininin Bakı nümayəndə heyətində iştirak edib.
Oğan əvvəlcə Əliyevlə əl sıxıb, daha sonra Ərdoğanla salamlaşıb.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.