SOCAR prezidenti İranın neft naziri ilə enerji sahəsindəki əməkdaşlığın inkişafını müzakirə edib
Yusif Nəzərli
12:40 09.12.2021
Gündəm
652
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İranın neft naziri Cavid Oci ilə görüşüb.
Oxu.Az-ın İran Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə neft və qaz sahəsində rəsmi Bakı və Tehran arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
8 dekabr tarixində baş tutan görüşdə müvafiq sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb. Eləcə də iki ölkə arasında ticarət əlaqələrinin əhəmiyyətindən, enerji sahəsində və Xəzər dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsindən danışılıb.
Həmçinin qaz sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycan Respublikası, İran və Türkmənistan arasında üçtərəfli qaz mübadiləsi sazişinin icrası və bu sazişin icra mərhələlərinin hazırlanması da görüşün əsas mövzularından olub.
Qeyd edək ki, noyabrın 28-də Aşqabadda imzalanan müqaviləyə əsasən, dünya bazarına çıxarılan Türkmənistan qazı Azərbaycana İran ərazisindən idxal olunacaq. Müqaviləyə əsasən İran tranzit haqqını qaz ilə alacaq və şimal rayonlarını qazlaşdıracaq və bunun üçün əlavə vəsait xərcləməyəcək.
Dekabrın 22-dən başlayaraq İran ərazisindən Azərbaycana illik 1,5-2 milyard kubmetr qazın ixracına başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət