“Tanımadığımız Konfutsi” adlı gecə keçirilib
20:41 18.07.2025
Gündəm
292
Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 18-də Qədim Çin fəlsəfəsinə və mədəniyyətinə həsr olunmuş “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
AZƏRTAC xəbər verir ki, gecədə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey “Tanımadığımız Konfutsi” adlı kitab barədə danışıb.
Səfirin sözlərinə görə, əsər Azərbaycan oxucularına Konfutsi fəlsəfəsinə və Çin sivilizasiyasına yeni baxış bucağından yanaşmaq imkanı yaradır. O, Konfutsiliyin Çin mədəniyyətinə dərin təsir göstərdiyini və bu gün də onun ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.
Fəlsəfənin əsas prinsipləri haqda məlumat verən Lu Mey deyib: “Bura özünü inkişaf etdirmə, zəhmətkeşlik, insan və təbiət harmoniyası, ümumi rifahın təşviqi daxildir. Bir-birimizin dilini, tarixini və mədəniyyətini öyrənmək xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir və ortaq gələcəyə malik bir bəşəriyyət birliyinin formalaşmasına töhfə verir. Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri 33 ildir ki, uğurla davam edir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşmiş, xalqlarımıza konkret faydalar gətirən mühüm nəticələr əldə olunub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri və səfər çərçivəsində Sədr Si Cinpinlə imzalanan birgə bəyanat əsasında Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq qurulub. Bu sənəd ölkələrimiz arasında münasibətlərin yeni tarixi mərhələyə keçidini rəsmi şəkildə təsdiq edib. Xalqlar arasında təmaslar getdikcə daha da intensiv xarakter alır. Çin–Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açacaq. Azərbaycanlı dostlarımızı Çinə səfər edərək Konfutsi fəlsəfəsini və zəngin Çin mədəniyyətini yaxından tanımağa və müasir Çin cəmiyyətinin dinamik inkişafını yerində görməyə dəvət edirik. Azərbaycanın milli dəyərlərinin qorunması, sosial-iqtisadi inkişafı və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsi sahəsində mühüm rola malik olan Heydər Əliyev Fonduna bir daha təşəkkürümüzü bildiririk. Fond uzun illərdir Çin ilə əməkdaşlığa sadiq qalaraq, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə misilsiz töhfələr verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi dövlət başçılarımız tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafı naminə Heydər Əliyev Fondu və azərbaycanlı tərəfdaşlarla birgə işləməyə daim hazırdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qeyd edib ki, Konfutsi fəlsəfəsi Qədim Çin mədəniyyətinin əsas düsturudur. “Bu fəlsəfəni dərk etmək vacibdir. Onun fəlsəfəsində əsas məsələ etika və əxlaqdır. İnsaniyyət və nəciblik ön planda tutulur. Bu, çox maraqlı yanaşmadır. Belə anlayışlar Azərbaycan mədəniyyəti üçün də mühüm dəyərlərdir”, - deyə İ.Məmmədzadə əlavə edib.
“Tanımadığımız Konfutsi” kitabının müəllifi, filosof Müşfiq Ötgün bildirib ki, əsər ilk dəfə 2016-cı ildə işıq üzü görüb. Kitabın mahiyyətindən söhbət açan müəllif deyib: “Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə doqquz ildən sonra kitabımın ikinci nəşri təqdim olunub. Bu, mənim üçün böyük fəxrdir. Kitabın adı və məzmunu klassik fəlsəfə dərsliklərində Konfutsiyə ayrılan hissələrdən tam fərqlidir. Konfutsi bəşəriyyətin böyük müəllimlərindən biridir və onun hikmətindən bütün dünya agah olmalıdır”.
Tədbirin bədii hissəsində Konfutsi İnstitutunun tələbəsi Raziyə Əhədova Konfutsiyə aid aforizmləri Azərbaycan və Çin dillərində səsləndirib. İnstitutun tələbəsi Sofiya Qarayeva Çin operasından parçalar, müəllimi Qou Yuyuan isə Çin xalq rəqsini ifa ediblər.
Daha sonra qonaqlar “Ənənəvi Çin çay mərasimi” ilə tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm