Təhlükəli ssenari: Bakı və İrəvan Ankara ilə birlikdə bunun qarşısını almağa çalışmalıdır - Təhlil
12:03 19.08.2025
Gündəm
386
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.
“Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - o bildirib.
“Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı”, - Paşinyan əlavə edib.
Avqustun səkkizində Vaşinqtonda əldə olunmuş razılaşmalar Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaratdı. Beləliklə, regiona faktiki olaraq sülh gəldi. Növbəti mərhələdə Ermənistandan Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiya dəyişikliyinə getməkdir. Bundan sonra tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq.
Məsələ burasındadır ki, 8 avqust razılaşması ilə həm də uzun illər Cənubi Qafqaza arxa bağçası kimi baxan Rusiyanın regiondakı təsir imkanları xeyli azaldı. Bu o deməkdir ki, daha bölgədə asanlıqla “suları bulatmaq” mümkün olmayacaq.
Paşinyanın dediklərindən belə çıxır ki, Ermənistan artıq reallıqları qəbul edir və anlayır ki, bu yolun geri dönüşü yoxdur.
Əslində 8 avqust razılıqları nəticəsində Cənubi Qafqazda yaranan reallıqlar Ermənistana xeyli dividend qazandırdı. Belə ki, Ermənistan indiyədək Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilmişdi. Gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilə bilərdi. İndi ABŞ-nin regiona gəlməyi və Zəngəzur dəhlizinə nəzarəti təmin etməsi ilə Rusiya Ermənistana müdaxilə imkanını itirdi. Yəni Rusiya artıq Ermənistana müdaxilə etməyə cəsarət etməz.
İkinci bir tərəfdən, nəqliyyat- kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması Ermənistan ciddi iqtisadi dividentlər vəd edəcək. Beləliklə, Ermənistan iqtisadi baxımdan dirçələcək. Bu isə İrəvanı siyasi baxımdan daha da müstəqilləşdirəcək.
8 avqust razılaşması ilə həm də Rusiya və İranın Cənubi Qafqazdakı təsir imkanları minimuma endi. Bu da yeni reallıqların növbəti təzahürüdür.
Bundan sonrakı mərhələdə Ermənistandan tələb olunan ən qısa zamanda Azərbaycana ərazi iddialarını ehtivan edən konstitusiyasını dəyişməsidir. Bundan sonra tərəflər arasında yekun sülh sazişi imzalana bilər.
Eyni zamanda İrəvan Bakı və Ankara arasında əlaqələri gücləndirməlidir. Elə etmək lazımdır ki, Vaşinqton gələcəkdə regiondakı təsir imkanlarından öz xeyrinə istifadə edə bilməsin. Nəzərə alınmalıdır ki, 8 avqust razılaşması həm də ABŞ-nin regionla bağlı “rıçaklarını” gücləndirdi. Əgər maraqları tələb etsə, Ağ Ev gələcəkdə bu “rıçak”lardan özünün destruktiv maraqları naminə istifadə edə bilər. Bakı və İrəvan Ankara ilə birlikdə bu ssenarinin qarşısını almağa çalışmalıdır.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur