ABŞ Prezidenti Donald Tramp İrandan sonra daha bir ölkəni hədəf göstərərək onu “şiddətlə bombalamaq” hədəsi ilə çıxış edib.
Sherg.az xəbər verir ki, "Fox News"un müxbiri Trey Yingst ABŞ Prezidenti Donald Trampla müsahibəsindən onun Hörmüz boğazı ilə bağlı açıqlamalarını paylaşıb.
Yingstin sözlərinə görə, Tramp Ommanın ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə etməsi halında nə edəcəyi ilə bağlı suala belə cavab verib:
“Oman qarşımıza çıxarsa, onları bərk-bərk bombalayarıq.”
Tramp həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri ilə gizli kommunikasiya kanallarının olduğunu bildirib.
İranda ABŞ-a məxsus sursatların “kiçik bir hissəsinin” istifadə edildiyini iddia edən Tramp, İranın orta səviyyəli çoxlu sayda silaha malik olduğunu deyib. O, keçmiş ABŞ Prezidenti Co Baydenin qabaqcıl sistemləri Ukraynaya verdiyini də bildirib.
İranla əldə olunan razılaşmanın müddətinin başa çatması ilə bağlı danışan Tramp Tehran rəhbərliyinin “təslim olmalı olduğunu” vurğulayıb:
“Tələsmirəm.”
Tramp ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının “iqtisadi təzyiq” yaratdığını bildirib və İranın bu məsələdə “blöf etdiyini” iddia edib.
İsraildə oktyabr ayında keçiriləcək seçkiləri də şərh edən Tramp deyib:
“Mənim İsrail seçkilərindən kənarda qalmağım ən doğru variantdır. Lakin namizədlərdən birini dəstəkləyə bilərəm.”
Tramp həmçinin HƏMAS-la müxtəlif kanallar vasitəsilə əlaqə saxladıqlarını və qruplaşmanın “silahlarını yerə qoyacağını” bildirib. O, İsrailin Qəzzaya hücum etməməli olduğunu vurğulayıb.