Donald Tramp Ağ Ev müxbirlərinin tədbirində baş verən silahlı insidentlə bağlı saxlanılan şübhəlinin ittihamlarını qəti şəkildə rədd edib.
Sherg.az xəbər verir ki, CBS telekanalına müsahibəsində Tramp bildirib ki, ona qarşı səsləndirilən “təcavüzkar” və “pedofil” iddiaları əsassızdır: “Mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm, pedofil deyiləm”.
O, şübhəlinin səsləndirdiyi fikirləri “xəstə insanın sayıqlamaları” kimi qiymətləndirib və bu iddiaların onunla heç bir əlaqəsi olmadığını vurğulayıb. Tramp həmçinin bu mövzular üzrə tam şəkildə bəraət aldığını iddia edib.
Qeyd edək ki, hadisə zamanı saxlanılan şəxsin yazdığı qeydlərdə Trampa qarşı ağır ittihamlar yer alıb.