ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrana mümkün dəstəyi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə sual verəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Tramp Moskvanın guya İrana Fars körfəzində yerləşən ABŞ hərbi bazalarının peyk görüntülərini təqdim etməsi ilə bağlı iddialara inanmadığını deyib. O, məsələ ilə bağlı Putinə sual verəcəyini bildirib.
ABŞ lideri həmçinin qeyd edib ki, bu iddiaların xüsusi əhəmiyyət daşımadığını düşünür və Vaşinqtonun artıq İranı "məğlub etdiyini" iddia edib.