Türkiyə MN Azərbaycanda keçirilmiş birgə təlimdən görüntülər paylaşıb  - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilmiş "Mustafa Kamal Atatürk Təlimi"ndən görüntülər paylaşıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib:
“Bir ürək, bir yumruq! Qardaş Azərbaycan ordusu ilə birgə təşkil edilən və Hərbi Hava Qüvvələrimizin şəxsi heyətinin də xidmət göstərdiyi nəfəs kəsən görüntülər...”, - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçirilib.
Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk Təlimi"ndən görüntülər paylaşıb