Türkiyə və Rusiya prezidentləri Ukrayna savaşını bitirə bilər - Son şans
Türkiyə və Rusiya prezidentləri Ukrayna savaşını bitirə bilər - Son şans
12:02 31.08.2023
Gündəm
621
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-yə daxil olan ölkələrin Hindistanda keçiriləcək sammitində Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin başa çatması ilə bağlı şərtlərini açıqlaya bilər.
Bu ehtimal “Milliyet” qəzetinin köşə yazarı Özay Şendirin məqaləsində yer alıb.
Müəllif yazıb ki, Türkiyə Prezidenti G20 sammitindən əvvəl Rusiya lideri ilə görüşə biləcək yeganə Qərb lideridir: “Bu da Türkiyəni Hindistanda keçiriləcək sammitdə "ulduz"a çevirəcək. Beləliklə, Türkiyə Prezidenti Rusiyanın şərtlərini və təkliflərini G20 ölkələrinə açıqlayacaq. Bu o deməkdir ki, Ukrayna və Rusiya arasında münaqişəyə son qoymaq üçün faktiki vasitəçilik prosesi başlayıb”.
Ö.Şenderin fikirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a vurğulayıb ki, Rusiya və Türkiyə prezidentlərinin danışıqları çox həssas və lazımlı bir dövrdə keçirilir:
"Bu iş birliyi Türkiyə vasitəsilə dünyanı gözləyən qlobal aclıq və qida problemi kimi proseslərdən qurtulmağına səbəb oldu. Türkiyə Rusiya-Ukrayna müharibəsində Şimal qonşumuz ilə körpüləri tam olaraq yandırmayan yeganə NATO ölkəsidir. Bu, Türkiyənin dünya səviyyəsində nizamlayıcı rolunu göstərir. Ukrayna böhranından sonra Rusiya ilə Türkiyə arasında bir çox sahələrdə dərin əməkdaşlıq var. Qlobal mənada qardaş ölkəmiz həm Ukraynanın ərazi bütövlüyünü tanıyır, həm də Rusiya ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq özlüyündə böyük prospektivlər vəd edir. İki ölkə arasında dərinləşən əlaqələr dünyada önəmli qlobal problemlərin də həllinə səbəb olur. Təbii ki, bir görüş ilə müharibənin taleyi həll oluna bilməz. Amma hər halda bu görüşün müstəsna əhəmiyyəti var. Görüşdən sonra humanitar, Rusiya-Ukrayna arasında gələcəkdə sülh sazişi və atəşkəs kimi məsələlərdə ümumi razılıq əldə edilə bilər".
Qeyd edək ki, sammit sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət