Türkiyəli nazir:Gürcüstan və Azərbaycanla dəmir yolunda sərnişindaşımanın başlanacağına ümid edirik
Yusif Nəzərli
20:21 06.08.2024
Gündəm
334
“Ankara ümid edir ki, Azərbaycan və Gürcüstan Türkiyə ilə dəmir yolunda sərnişindaşımanın təşkili məsələsində Bolqarıstandan nümunə götürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Cənub-Şərqi Anadolunun Tatvan bölgəsinə Ankaradan turist qatarının göndərilməsi mərasimində bildirib.
Nazir xatırladıb ki, bu gün İstanbul və Sofiya arasında qatarlar uğurla hərəkət edir. “Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan və Gürcüstandan da oxşar təkliflər gələcək və Qarsa sərnişindaşıma layihəsini həyata keçirəcəyik”, - deyə Ə.Uraloğlu qeyd edib.
Uraloğlu diqqəti əsas halqası Bakı – Tbilisi - Qars dəmir yolu olan Orta Dəhlizin əhəmiyyətinə yönəldib. “Bu dəhliz sayəsində Çindən gedən qatar artıq Londona çata bilir. Bu təşəbbüs Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi konsepsiyanın bir hissəsidir”, - deyə türkiyəli nazir vurğulayıb.
O qeyd edib ki, 22 il ərzində Türkiyənin dəmir yolu sisteminin modernləşdirilməsinə və inkişafına 57 milyard dollar xərclənib. “Əgər 2002-ci ildə ölkəmizin dəmir yollarının uzunluğu 10948 kilometr təşkil edirdisə, 2023-cü ilin sonuna olan məlumata görə, bu rəqəm 3 min kilometr artıb ki, bunun da 2251 kilometri yüksəksürətli qatarlar üçündür”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, 2053-cü ilə qədər Türkiyədə dəmir yollarının ümumi uzunluğu 29 min kilometrə çatacaq. “Biz 20 və 50 il üçün planlar tərtib edirik”, - deyə nazir bildirib.
Uraloğlu həmçinin bildirib ki, Ankara və İzmir arasında sürətli qatar layihəsinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır ki, bu da sərnişin qatarlarının saatda 350 km sürətlə hərəkət etməsinə imkan verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial