Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin toplantısında İran böhranı və bölgədəki təsirləri müzakirə edilib. Prezident bildirib ki, bütün sistem təhlükəyə qarşı hazırlıqdadır və əsas məqsəd Türkiyəni bu yanğından uzaq tutmaqdır.
Sherg.az xəbər verir ki, İran tərəfindən atılan və Türkiyə hava sahəsində zərərsizləşdirilən ikinci raketlə bağlı xəbərdarlıq edildi: “Dostluğumuzu zora sürütləyəcək, təxribat addımlar davam edir.”
Prezident həmçinin vurğulayıb ki, sərhəd təhlükəsizliyi təmin olunub, F-16-lar və erkən xəbərdarlıq sistemləri ilə hava sahəsi 7/24 nəzarətdədir. Ticarət, iqtisadi fəaliyyətlər və qida təminatı da diqqətlə izlənir.
Ərdoğan ana müxalifətin “şüursuz” açıqlamalarına da reaksiya verərək, diplomatiya və müdafiə sahəsində Türkiyənin güclü və hazırlıqlı olduğunu qeyd edib.
Qeyd olunub ki, bütün tədbirlər NATO və müttəfiqlərlə koordinasiyada davam etdirilir və heç kəs yanlış hesablar aparmamalıdır.