Vəkillər Kollegiyasının Rəyasət Heyəti müvafiq qərarlar qəbul edib
17:17 01.09.2023
Gündəm
409
Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda ilk olaraq son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 1 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Bundan başqa, Vəkillər Kollegiyasının "Mübahisələrin alternativ həlli" Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir qrup vəkilin müraciətinə baxılaraq müsbət qərar qəbul edilib, eyni zamanda, Kollegiyanın "Biznes hüququ" Komitəsinin Əsasnaməsində və "Vəkil qurumlarının təșkili və fəaliyyəti haqqında" Qaydalara dəyişiklik layihəsinə baxılaraq müvafiq qərarlar qəbul olunub.
O cümlədən, iclasda Vəkillər Kollegiyası tərəfindən elan olunmuş "Vətənim Azərbaycan" III vəkil bədii yaradıcılıq müsabiqəsi" ilə bağlı təqdim olunmuş əsər və hekayələr qiymətləndirilib. Daha sonra gündəliyə uyğun olaraq vəkillərin başqa vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olma məsələsinə baxılıb.
Həmçinin, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət