Xankəndidə “Sputnik”in yayımı dayandırıldı: Zatulinə cavab…
18:57 31.08.2023
Gündəm
469
“Sputnik” radiosunun Qarabağda yayımının davam etdirilməsi üçün Azərbaycanın icazəsi lazımdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin məktubuna cavab olaraq bildirib.
Məktubda qeyd olunur ki, “Sputnik” radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhədlərində qeyd etməyə hazır olması barədə bəyanatı ilə bağlıdır. D.Kiselyov vurğulayıb ki, söhbət radio yayımının tam deyil, müvəqqəti dayandırılmasından gedir.
“Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sülhə nail olmaq üçün İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhədlərində qeyd etməyə hazırdır. Biz bu bəyanata əsasən güman edirik ki, Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan efirimizin retranslyasiyasının davam etdirilməsi Moskva tərəfindən münasibətlərin səmimiliyini şübhə altına qoyur və ölkələrimiz arasında dövlətlərarası əlaqələrin mürəkkəbləşməsinə səbəb ola bilər”, – məktubda deyilir.
“Rəsmi Bakıdan yayımı davam etdirmək üçün bütün aktual hüquqi normalara uyğun icazə alınarsa, regionda yayımı davam etməyə hazırıq”, – deyə D.Kiselyov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət