XİN: Ermənistan terror təşkilatları dünyanın 22 ölkəsində terror aktı törədib
XİN: Ermənistan terror təşkilatları dünyanın 22 ölkəsində terror aktı törədib
Yusif Nəzərli
13:11 21.08.2023
Gündəm
294
"Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib".
APA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Terror Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı "Twitter" paylaşımında bildirib.
"Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarını yad edir və xatirələrini ehtiramla anırıq. Erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib.
Azərbaycana qarşı ərazi iddialarından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. İctimai avtobusların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın irimiqyaslı terror aktı törədilib.
Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları ilə yanaşı, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir.
Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxınlarda İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir.
Terrorizm Qurbanlarının Anılması ilə bağlı Beynəlxalq Gündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrorizmdən əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq", - XİN paylaşımında bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya