XİN: Qarabağda mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzidir

Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərlə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.