Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin mümkün bərpası barədə açıqlamasının ciddi qəbul edilməməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
Zaxarovanın həmçinin qeyd edib ki, Rusiya XİN-in mövqeyi “münasibətlərin bərpası mümkün deyil” formasında deyil. O bildirib ki, Moskva belə bir imkan üçün açıqdır, amma təşəbbüs Tbilisidən gəlməlidir və məsələ hazırda gündəmdə deyil.
Saakaşvili bundan əvvəl Gürcüstan hakimiyyətinin Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşdığını iddia etmişdi.
Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən kəsilib.