Zelenski ümidini, kimliyini unutmayıb
Yusif Nəzərli
03:25 25.08.2023
Gündəm
503
Müstəqillik Gününü qeyd etmək onun halal haqqıdır
1991-ci il dekabrın 8-də Belarus, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar veriblər. Beləliklə, Ukrayna müstəqil dövlət olub. O vaxtdan bəri hər il avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. Bu il Ukraynanın müstəqilliyinin 31-ci ildönümü tamam oldu. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 6 aydır davam edir. Prezident Volodimir Zelenski avqustun 24-də təxribatların baş tuta biləcəyi barədə xəbərdarlıq edib. Prezident İlham Əliyev Ukraynanın Müstəqillik Günü münasibətilə Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək: “Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram". Baş nazir Əli Əsədov da ukraynalı həmkarı Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Azərbaycan və Ukrayna xalqları arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğu vurğulanıb. Qeyd olunub ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna ənənəvi dostluq münasibətlərinin və səmərəli əməkdaşlığının xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, keçən ilin fevralından etibarən Ukraynada müharibə gedir. Təxminən il yarımdır, demək olar, hər gün Ukraynada yüzlərlə insan, o cümlədən mülki şəxs həlak olur: "Ölkə xarabalığa çevrilib. Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibələrində bəzən şəxsi həyatından danışır. Ailəsindən, uşaqlarından darıxdığını deyir. Bir müddət əvvəl Zelenskinin dostlarından biri onun ötən müddət ərzində necə dəyişdiyindən danışmışdı. Bildirmişdi ki, Zelenskinin üzündən təbəssüm çəkilib, amma yumor hissini itirməyib: "Arada danışanda zarafat edir və mən ona deyirəm ki, hə, dostum, hələ də formadasan". Yəni bütün çətinliklərə rəğmən, Zelenski ümidini, kimliyini unutmayıb. Axı o, siyasətə gəlməzdən əvvəl komediya ilə məşğul olub, gülməyi də, güldürməyi də yaxşı bacarır. Zelenskinin qaşlarının düyünü uzun müddətdir açılmır. Sadəcə həmkarları ilə görüşəndə təbəssüm edir. Ukraynanın və ölkə rəhbərinin taleyinin necə olacağını bilmirik. Bəlkə də, bu müharibə rəsmi Kiyev üçün uğursuz nəticələnəcək. Amma Müstəqillik Gününü qeyd etmək Zelenskinin halal haqqıdır. Günün mübarək, Ukrayna! Günün mübarək, Zelenski!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat