Cib telefonu partladı: 5 yaşlı uşaq evdə kül oldu


 Türkiyənin İzmir şəhərinin Torbalı qəsəbəsində cib telefonunun partlamasıyla yanğın baş verib. Evdə yatan 23 yaşlı Ebru Arılıqla 2 yaşlı qızı qonşuları tərəfindən alovların arasından çıxarılıb. Yanğın söndürüldükdən sonra evdə 5 yaşlı Bakican Arılığın yanmış cəsədi tapılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə iki mərtəbəli binanın birinci mərtəbəsində saat 14.00 radələrində yaşanıb. Yataq otağında enerji yığan cib telefonunun partlaması nəticəsində yanğın baş verib. Qonşular xilasetmə, sağlamlıq və polis qruplarına xəbər verərək köməyə qaçıblar.
Evə girən qonşular salonda yatan Ebru Arılıq və 2 yaşlı qızını çölə çıxarıblar. Yanğından son anda xilas olan və üzü yanan Ebru Arılıq xəstəxanaya çatdırılıb. Qızının sağlamlıq vəziyyətinin isə yaxşı olduğu bildirilir.
 Yanğını qısa müddətdə söndürən qruplar evin içinə daxil olublar. Xilasetmə qrupu Ebru Arılığın oğulu Bakican Arılığın yanmış cəsədini tapıb. 
Polis yanğınla əlaqədar istintaqa başlayıb. Ebru Arılı oğulunun öldüyünü hələ bilmir.
Bakicanın atası Osman Arılığın isə həbsxanada olduğu məlum olub.

Turan