Rusiyada 10 yaşlı oğlan uşağını atası evin zirzəmisində boğazından zəncirləyib və onu uzun müddət ac saxlayıb.
«Sherg.az » « cnews.fr»ə istinadən xəbər verir ki, uşaq dünən ac-susuz vəziyyətdə, boğazı zəncirli şəkildə supermarketin qabağında tapılıb. Insanlar ona yemək veriblər.
« The Mirror »un yazdığına görə, bu qandonduran, iyrənc hadisəni yaşayan uşağın adı Tikondur. O 46 yaşlı iş adamı olan atası ilə yaşayıb. Atası ilə anası ilə ayrılıb.
Onun atası ikinci arvadını doğum üçün xəstəxanaya aparamn zaman Tikon bu vəziyyətdən istifadə edərək, zirzəmidən qaçmağa nail olub.
Bundan sonra o Velikoveşnoyedəki supermaraketə gəlib və süpürmarketdə atasının onun başına açdığı dəhşətli yaramazlıq barədə insanlara danışıb.
Ətrafdakılar ona yardım göstəriblər, onu sosial sığınacağa aparıblar. Hazırda atası polis tərəfindən saxlanılıb, anası isə uşağın xüsusi olaraq qorunmasını tələb edir.