Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan polis bölməsinin əməkdaşları cinayətkarlıqla mübarizədə nəticələr əldə edib.
Daxili İşlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın Binə qəsəbəsi ərazisində naməlum şəxsin ona zor tətbiq edərək içərisində 970 manat pulu və mobil telefonu olan pulqabısını aldığını bildirib.
İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Kişiyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.