Bakıda azyaşlı uşaq 3-cü mərtəbədən yıxıldı


Nəsimi rayonunda 4 yaşlı oğlan binadan yıxılaraq xəsarət alıb.
Hadisə rayonun Hənifə Ələsgərova 11 ünvanında baş verib.
2015-ci il təvəllüdlü Məhərrəmov Hüseyn Kənan oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq yaralanıb.
H.Məhərrəmov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.