Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, gənc qadın özünü körpüdən aşağı atıb.
Hazırda ad-soyadı məlum olmayan şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.