İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda Xəzər dənizində bir nəfər boğulub.
Trend-in məlumatına görə, bunu İranın Astara rayonu idman və gənclər idarəsinin direktoru Vəhid Xassipur deyib.
V.Xassipurun sözlərinə görə, Xəzər dənizinin çimmək üçün nəzərdə tutulan ərazisindən kənarda çimmək istəyən Əhər rayonu sakini 17 yaşlı oğlan boğulub.
İdarə rəsmisi əlavə edib ki, xəbərdarlıqlara baxmayaraq, bəzi turistlər çimmək üçün nəzərdə tutulan ərazilərdə dənizdə çimmək istəyirlər.
V.Xassipur Astara rayonunda 70 nəfərin xilas edildiyini, 2 nəfərin isə boğulduğunu deyib.