Bakıda evdən 10 min manatlıq qızıl və silah oğurlayan tutuldu


Bakıda evlərdən oğurluq edən yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.